Acrobat Studio ilə tanışlıq
1 sentyabr 2025-ci ildən Adobe-un yeni təklifi satışa çıxarılır.
Acrobat Studio — iş proseslərinin optimallaşdırılması, yaradıcılığın və məhsuldarlığın artırılması üçün Acrobat Pro, Acrobat AI Assistant və Adobe Express Premium həllərini özündə birləşdirir. Acrobat Studio — sənəd yaratmaq və onlardan effektiv istifadə imkanlarını maksimum dərəcədə birləşdirən ən yaxşı təklifdir! Bu, hər üç tətbiqi əldə etməyin ən sərfəli yoludur.
Bu kompleks həllin imkanları:
- Komandada daha səmərəli işləməyə, layihələri və kontenti veb-brauzer, masaüstü kompüter və mobil cihazlar vasitəsilə paylaşmaq.
- Brendin təhlükəsizliyini və bütövlüyünü qorumağa — Adobe Express Premium vasitəsilə sürətli başlanğıc şablonlarından istifadə edərək korporativ vizual materiallar, hesabatlar və təqdimatlar hazırlamaq.
- Məhsuldarlığı artırmağa — PDF sənədlərinin redaktəsi, imzalanması, müqayisəsi və qorunması üçün misilsiz alətlərə, eləcə də iş proseslərini sadələşdirən və çoxsaylı vasitələrdən asılılığı azaldan süni intellekt imkanlarına çıxış əldə etmək.
Bu platforma istifadəçilərə daha çox nəticə əldə etməyə, daha sürətli və daha az resursla işləməyə şərait yaradır, eyni zamanda etibarlı təhlükəsizlik (şifrələmə, nişanlar, yoxlanış hesabatları, izolyasiya olunmuş mühitlər) və şirkət miqyasında idarəetmə imkanları təmin edir.