“MONT” MMC-nin antikorrupsiya siyasəti

Bütün məlumatları PDF formatında yüklə

SƏNƏDİN TƏYİNATI, ÜMUMİ MÜDDƏALAR

Hazırkı “Antikorrupsiya siyasəti haqqında” Əsasnamə (bundan sonra “Əsasnamə”) vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi, qanunilik, qayda-qanun və ictimai təhlükəsizliyin təmin edilməsi məqsədilə işlənib hazırlanmışdır və “MONT” MMC-nin korrupsiyanın qarşısının alınması və rəhbərlik, işçilər və “MONT” MMC-nin adından hərəkət edə bilən digər şəxslər tərəfindən tətbiq edilən antikorrupsiya normalarına riayət olunmasına yönəldilmiş başlıca prinsip və tələbləri müəyyən edən lokal sənədidir.

Əsasnamə Korrupsiyaya qarşı mübarizə haqqında AZƏRBAYCAN RESPUBLİKASININ 580 IIQ saylı 13 yanvar 2014-cü il tarixli QANUNUNA müvafiq olaraq işlənib hazırlanmışdır.

“MONT” MMC-nin antikorrupsiya tədbirləri:

  • korrupsiyanın qarşısının alınması, o cümlədən, korrupsiya səbəblərinin aşkarlanması və sonradan aradan qaldırılması (korrupsiyanın profilaktikası);
  • korrupsiya hüquq pozuntularının aşkarlanması, qarşısının alınması, aradan qaldırılması, açılması və araşdırılması (korrupsiyaya qarşı mübarizə);
  • korrupsiya hüquq pozuntularının nəticələrinin minimallaşdırılması və (və ya) ləğvinə yönəldilmişdir.

Bütün məlumatları PDF formatında yüklə

Dəstək xidməti
Sualınız yaranıb?