Şirkət haqqında

MONT şirkəti Azərbaycanda öz fəaliyyətinə 2009cu ildə başlamışdır və respublikada ən böyük proqram təminatı distributorlarından biridir.

MONT Azərbaycan Ərəb Əmirliyində yerləşn MONT Group of Companies şirkətlər qrupuna daxildir.

Bugün MONT:

  • Bir neçə min nəfərlik işçi heyəti olan aparıcı sistem inteqratorlarından tutmuş bir çox vəzifə funksiyalarını yerinə yetirən bir nəfərlik işçisi olan kiçik şirkətlərə kimi tərəfdaşları olan şirkətdir. Biz bütün tərəfdaşlarımızın hər birini eyni səviyyəli servis xidməti ilə təmin etməyə çalışırıq. MONT hər kəs üçün yanaşma tərzini tapa bilir!
     
  • Geniş məhsul portfelimizə illərin tanınmış proqram məhsulları ilə yanaşı bazara yeni daxil olmuş perespektivli proqram təminatı həlləri də daxildir. Müştəri üçün komleksli layihə? MONT-da hər zaman uyğun həll tapılacaq!
     
  • Texniki ekspertiza və konsultasiya. MONT-un sertifikatlaşdırılmış mütəxəssisləri müxtəlif suallarla bağlı professional dəstək göstərirlər: proqram təminatının lisenziyalaşdırma qaydalarından hüquqi dəstəyə qədər. Çətin sualdır? MONT köməklik göstərəcək!
     

Əsas biznes sahələri:

  • Klassik distribusiya: Ənənəvi sxem üzrə lisenziyaların çatdırılması. (müştəridən sifariş, sifarişin distributorda yerləşdirilməsi, vendorun anbarından çıxarılması, tərəfdaşa çatdırılma, müştəridə quraşdırılma)
     
  • Ekspert həlləri: proqram məhsullarının və həllərinin kompleks çatdırılması, və həmçinin layihələrin pre-seyl, texniki və servis dəstəyi
     
  • Bulud həlləri: tərəfdaşlar üçün müştəri abunələrinin 100% idarəolunmasını təmin edən, bulud servisləri satışı üçün avtomatlaşdırılmış MONT Cloud Distribution platforması
     
  • Elektron distribusiya: MONT Webstore texnoloji platforması vasitəsi ilə elektron açarların online rejimdə birbaşa vendordan çatdırılmasını təmin edən proqram təminatı satış kanalı
     
Dəstək xidməti
Sualınız yaranıb?